18 aprel 2012 20:00
Simurq Andrey Rubinlə yollarını ayırdı
“Simurq” klubu yarımmüdafiəçisi Andrey Rubinlə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. Azerisport.az xəbər verir ki, bu barədə Zaqatala klubu rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, Zaqatala təmsilçisi bu gündən etibarən latviyalı futbolçu ilə rəsmən yollarını ayırıb.
Qeyd edək ki, Andrey Rubin 2011-ci ilin sentyabr ayından “Simurq”un formasını geyinib və ilk dəfə çempionatın V turunda “İnter”lə oyunda debüt edib. Mövsüm ərzində 1053 dəqiqə meydanda olan latviyali futbolçu XII turda “Rəvan”la görüşdə “Simurq”un forması altında ilk və sonuncu qolunu vurub. Təcrübəli yarımmüdafiəçi buna qədər isə Azərbaycan çempionatında Bakının “İnter” və Ağdamın “Qarabağ” klubunda forma geyinib.
