18 aprel 2012 20:14
Derbidən sonra qalmaqal yarandı
Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “İnter” – “Neftçi” oyunundan sonra xoşagəlməz olay baş verib. Azerisport.az xəbər verir ki, oyun başa çatdıqdan sonra “Neftçi”nin bəzi rəsmiləri paltarəyişmə otaqlarının yerləşdiyi əraziyə buraxılmayıblar.
Bu üzdən qonaq komandanın rəsmiləriylə polis nəfərləri arasında mübahisə yaranıb. Bu, az qala tərəflər arasında davaya da yol açıb. Qalmaqal yalnız “Neftçi”nin prezidenti Sadıq Sadıqovun vəziyyətə müdaxiləsindən sonra yatırılıb.
Qeyd edək ki, “Neftçi” tərəfi bunu qonaq komandaya hörmətsizlik kimi qəbul edir.
Qeyd edək ki, “Neftçi” tərəfi bunu qonaq komandaya hörmətsizlik kimi qəbul edir.
