18 aprel 2012 20:21
Böyükağa Hacıyev: Bizim üçün əsas qol buraxmamaq idi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bu gün “İnter”ə qarşı keçirdikləri görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:0 hesablı heç-heçəyə nail olduğu oyundan sonra bunları dilə gətirib.
“Maraqlı oyun alındı. “İnter” “Neftçi”yə layiqli rəqibdi. Bu gün meydanda əsl mübarizənin şahidi olduq. Bizim üçün əsas qol buraxmamaq idi. İmkan olduğu halda isə qol vurmalıydıq. Təəssüf ki, qol vurmağı bacarmadıq. Halbuki rəqib qapısına yol tapmaq imkanlarımız var idi. Artıq cavab oyununa hazırlaşacağıq”.
