18 aprel 2012 11:46

Qəbələ Nyukasl və Galatasarayla qarşılaşacaq

“Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası III Beynəlxalq Kuşadası turnirinə yollanır. Azerisport.az xəbər verir ki, aprelin 19-dan 23-dək keçiriləcək turnirdə Avropanın və Türkiyənin aparıcı klublarının komandaları da yarışacaq.
 
Əsas mükafat uğrunda mübarizə aparacaq 24 komanda arasında "Galatasaray", "Fənərbaxça", "Beşiktaş", "Nyukasl", "Anderlext", "Bröndbi" kimi tanınmış klublar yer alıb. 
 
Reqlamentə görə 24 iştirakçı komanda hər birində 6 kollektiv olmaqla 4 qrupda mübarizəyə başlayacaq.  “Qəbələ” qrup mərhələsində “Qalatasaray”, “Nyukasl”,  “Dardanel”, “Danimarka FCN” və “Göztəpə” komandaları ilə qarşılaşacaq. Komandamız aprelin 19-da, yarışın ilk günü əvvəlcə “Dardanel”, ardınca isə “Galatasaray”la qarşılaşacaq. “Qəbələ” futbolçuları növbəti gün “Göztəpə” və “Nyukasl”dan olan yaşıdları ilə üz-üzə gələcəklər. Futbolçularımız üçüncü yarış günü “Danimarka FCN”dan olan yaşıdları ilə münasibətlərinə aydınlıq gətirəcəklər. 
 
Qeyd edək ki, Qəbələ futbolçuları bu yarışda indiyədək iki dəfə iştirak ediblər.  “Qəbələ” 2010-cu ildə turnirin ən ümidverici komandası mükafatına layiq görülüb. Ötən il isə 1/4 finala qədər irəliləyib və sonda 7-ci yeri tutub. 
 
"Qəbələ" turnirə aşağıdakı heyətlə yollanacaq:
 
Qapıçılar: Süleyman Süleymanov, Toğrul Məhəmmədbəyli.
Müdafiəçilər: Əzəmət Ələkbərli, Elvin Dəmirov, Amin Seydiyev, Sahil Zeynalov, Əhməd Mizəyev, Qara Mehrəlizadə,
Yarımmüdafiəçilər: Baxşəli Baxşalıyev, Qədir Bayramlı, Hacıağa Hacıyev, Elvin Həsənov, Turan Manafov, Fərid Nəbiyev, Azər İsmayılov, Kənan Rəfiyev, Fərid Əsədli, Coşqun Süleymanov.
 
Komanda  “Aqua Fantesy” otelində məskunlaşacaq. Oyunlar 25 dəqiqədən ibarət bir, yalnız final matçı 20 dəqiqədən ibarət iki hissədən ibarət olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.