18 aprel 2012 12:35
PFL-ə növbəti prezident seçkisinin vaxtı açıqlandı
Peşəkar Futbol Liqasına (PFL) yeni prezident seçkisi iyunda keçiriləcək. Azerisport.az xəbər verir ki, bu haqda PFL prezidenti Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, tədbirin dəqiq tarixi və gündəliyi barədə yaxın vaxtlarda məlumat veriləcək. Seçkidə Premyer Liqa və I divizionda çıxış edən klubların rəhbərləri və AFFA İcraiyyə Komitəsinin üzvləri iştirak edəcək.
Qeyd edək ki, Ramin Musayev ilk dəfə 2008-ci il iyunun 13-də PFL prezidenti seçilib. Elə həmin vaxt yaradılan qurum, Premyer Liqa və I divizionun təşkili və keçirilməsinə cavabdehdi. (lent.az)
