18 aprel 2012 12:52
Azərbaycan klubu İspaniya çempionatında (VİDEO)
Çətin ki Gülnarə Xanbabayevanın adı geniş futbol dairələrində tanınmış olsun. Əminliklə deyə bilərik ki, Azərbaycan futbolunda onun haqqında çox az adam məlumatlıdır. Ancaq biz ümid edirik ki, bu materialdan sonra vəziyyət bir qədər dəyişəcək. Belə ki, Gülnarə Xanbabayeva sadəcə kimsə deyil, İspaniya futbol klubu “Baku de Valencia”nın prezidentidir.
Azeriport.az xəbər verir ki, bu klub həvəskar klub deyil. İspaniyanın gücünə görə yeddinci peşəkar futbol liqasında çıxış edir. Məsələn “bakılılar” sonuncu oyunda Manises “Juventud”u üzərində 3:2 hesablı qələbə qazanmaqla Valensiyada meyvə-tərəvəz ticarəti ilə məşğul mağaza sahibi olan prezidentlərini sevindiriblər.
“Mənim üçün futbol klubu ailə kimidir”, deyə Xanbabayeva açıqlayıb. “Baku de Valencia”nın baş məşqçisi ispan mütəxəssis Dalio Martsodur. Kapitan isə Rubendir. Təbii ki, klubumuzun büdcəsi çox da böyük deyil. Bəzi azərbaycanlı futbolçular bu miqdarda məbləği ay yarım, iki aya qazanırlar. Ancaq Xanbabayeva üçün özünə doğma olan ad altında bir komandanın mövcudluğu ürəyincədir.
“Bakı”da Kamerun, Gürcüstan, Ukrayna, Rusiya, Seneqal, Dominikan Respublikası, Argentina, Ekvador, Mərakeş, İspaniya və Uruqvaydan olan futbolçular oynayır. Cəmi on bir ölkə. Ancaq “Bakı”da Bakıdan kimsə oynamır. Ancaq buna baxmayaraq Xanbabayeva müxtəlif ölkələrdən olan, müxtəlif dinlərə iman gətirən, müxtəlif irqli təmsilçiləri bir komandada birləşdirməyinə şaddır. “Baku de Valencia” futbol dilinin beynəlmiləl bir dil olmasınıntəcəssümüdür”, deyə Xanbabayeva hesab edir.
“Baku de Valencia” məşqlərini belə keçirir:
