19 aprel 2012 01:37

Andrey Rubin: Yenə Simurqa qayıdacam

Azerisport.az sizi “Simurq”la yollarını ayıran latviyalı yarımmüdafiəçi Andrey Rubinin müsahibəsi ilə tanış edir.
 
- “Simurq”da keçirdiyin mövsümü necə dəyərləndirərdin?
- Mövsümə istədiyim kimi başlaya bilmədim. İki oyundan sonra ayağımda ağrılar hiss etməyə başladım. Buna baxmayaraq, qış fasiləsinə qədər oyunlara ara vermədim. Komandanın Antalyadakı təlim-məşq toplanışında ağrılar daha da artmağa başladı. Adi məşqlərdə bu mənə çox çətinlik yaradırdı. Fasilədən sonra isə gördüm ki, əvvəlkinə baxanda ağrılar daha da artır. Yenidən həkimlərə müraciət etdim və qərara alındı ki, əməliyyat olunmalıyam. Bu səbəbdən də, “Simurq”da keçirdiyim mövsümün heç də yaxşı bitirmədiyimi deyə bilərəm.
 
- “Simurq”dan hansı təəssüratlarla ayrılırsan? Komanda haqqında nə deyə bilərsən?
- Burdan çox yaxşı təəssüratlarla ayrılıram. Biz bir çox oyunlarda autsayder hesab olunmağımıza baxmayaraq “Xəzər Lənkəran”, “Qəbələ” və bir çox güclü rəqiblərə qarşı əla mübarizə apardıq. Hamı bizdən çəkinirdi. Bizdə heç bir komandadan qorxmurduq. Hər bir qarşılaşmada sona qədər mübarizə aparırdıq.
 
- “Simurq”u növbəti oyunlarda və gələcək mövsümdə necə görürsən? Bu haqda nə deyə bilərsən?
- Fikirləşirəm ki, hər şey yaxşıya doğru gedir. Klubun prezidenti Anar Bəkirov həqiqətən də komadanın qalib gəlməsini istəyir. Bunun üçün çox çalışır. O, istəyir ki, komandanın əvvəlki gücünü qaytarsın. “Simurq” yenə Avrokuboklarda mübarizə aparsın. İnanıram ki, bunlar yenidən təkrarlanacaq və mənim də köməyimə ehtiyac duyulacaq.
 
- Burada oynadığın müddətdə komanda rəhbərliyi ilə münasibətlərin necə idi?
- Burada özümü çox rahat hiss edirdim. Klub rəhbərliyi ilə münasibətlərim çox yaxşıdı. Oynadığım müddətdə onlarla heç bir problem yaşamamışam. Hər zaman bir-birimizi yaxşı başa düşmüşük və daima mənə qayğı göstərilib. İndi də çox səmimi ayrıldıq. Müalicə və əməliyyat üçün mənə həm maddi, həm də mənəvi dəstək olundu.
 
- Sənin artıq komanda ilə müqavilən rəsmi şəkildə ləğv edilib. “Simurq”dan getməyinin səbəblərin açıqlaya bilərsənmi?
- Səbəb ayağımdakı zədədi. Əməliyyat olunmaq üçün bu gün Almaniyaya gedirəm. İnanıram ki, hər şey yaxşı keçəcək. Karyeramı davam etdirmək arzusundayam. Komanda rəhbərliyi mənə bildirdi ki, qapımız həmişə sənin üzünə açıqdı. İnanıram ki, bərpa prosesindən sonra yenidən prezidentlə əlaqə saxlayıb sağaldığımı bildirəcəm. Əgər o, yenidən məni komandada görmək istəsə və dəvət etsə, çox güman ki, yenidən “Simurq”a qayıdacam.
 
- Azərbaycan futbolu, çempionatı haqqında nə deyə bilərsən?
- Əla komandalar var. Çempionat çox maraqlı keçir. Əvvəlcədən kimin real olaraq qalib gələcəyini müəyyən etmək çox çətindir. Hər bir komanda istənilən nəticəni göstərə bilər. Bu cür çempionatda oynamaq maraqlıdı. Burada hər bir komanda qalib gəlməyə çalışır. Mən “Simurq”a gələndə qarşımıza məqsəd qoymuşduq ki, ilk “altılıq”da yer tutaq. Lakin hər şey istədiyimiz kimi getmədi. Komanda gec yığıldı. Buna baxmayraq hesab edirəm ki, yaxşı mübarizə apardıq. Sona qədər “altılığ”a düşmək şansımızı saxladıq.
 
- Georgi Çıxradze baş məşqçi postuna gətirildikdən sonra “Simurq”da hansı dəyişikliklər hiss olunur?
- Onunla “İnter”də birlikdə işləmişəm. Yaxşı mütəxəssisdi. Fikirləşirəm ki, o gəldikdən sonra komanda plan üzrə irəliləyir. Futbolçular meydanda nə etdiyini yaxşı bilir. Əvvəl biz yalnız meydanda təcrübəli futbolçulara güvənirdik, Poşkusun hər bir vəziyyətdə qol vuracağına inanırdıq. İndi isə hamı başa düşür ki, hər kəs meydanda bərabərdi. Bu komanda üçün çox müsbət haldı.
 
- Sonda komanda yoldaşlarına, rəhbərliyə, azərkeşlərə nə deyərdin?
- Hər bir kəsə, azərkeşlərə, rəhbərliyə, komanda yoldaşlarıma mənə göstərdikləri xoş münasibətə görə çox sağolumu bildirirəm. Komanda yoldaşlarım ilə əla münasibətlərim var idi. Hər birinə uğurlar arzulayıram. Növbəti oyunlarda “Simurq”un qələbə qazanmasını diləyirəm. İnanıram ki, gələn mövsüm komanda yoldaşlarım azərkeşlərin istəyini yerinə yetirəcək. “Simurq” Avroliqada aqressiv və mübariz oyunu ilə özündən söz etdirəcək. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.