19 aprel 2012 13:28
Elvin Beqiri: Neftçinin Lənkəranda çempion olması düzgün olmazdı
“Xəzər-Lənkəran”ın müdafiəçisi Elvin Beqiri futbol üzrə Azərbaycan çempionatının 29-cu turu çərçivəsində “Neftçi” ilə baş tutacaq oyun haqda fikirlərini bölüşüb.
“Neftçi” - demək olar ki çempiondu. Onlar tapşırıqlarını 99% yerinə yetiriblər. Ancaq biz onlara çempionluğu bizim meydanda bayram etməyə imkan verməməliyik. Bu, düzgün olmazdı”, deyə Beqiri azerisport.az-a müsahibəsində bildirib.
