19 aprel 2012 13:50
Deyvidas Çesnauskis: Karyeramı Bakıda bitirmək istəyirəm
“Bakı”nın yarımmüdafiəçisi Deyvidas Çesnauskis bildirib ki, “Bakı”nın sıralarında olmaqdan məmnundur.
“Bakı”ya keçməyimə şadam və təklifi qəbul etdiyimə peşman deyiləm. Məni hər şeydə qane edən yaxşı bir klubda çıxış edirəm. Deyim ki, əgər klub rəhbərliyi gələcəkdə də məni komandada görmək istəsə, karyeramı “Bakı”da bitirməyə hazıram”, deyə Çesnauskis azerisport.az-a müsahibəsində bildirib.
Xatırladaq ki, bir qədər əvvəl saytımızda Çesnauskisin Litva KİV-ə müsahibəsində onun sözləri avtomatik tərcüməçi tərəfindən birbaşa tərcümə zamanı düzgün tərcümə edilməmişdi. Belə ki, “Tikrai nesu nusivylęs” cümləsi “mən məyusam” (rusca: Я разочарован) kimi tərcümə edilmişdi. Əslində isə “mən məyus deyiləm” (rusca: Я не разочарован) oxunmalıdır.
