19 aprel 2012 16:12

Qəbələ Şaxtyordan futbolçu alır

“Qəbələ” – “Şaxtyor” əməkdaşlığı çərçivəsində növbəti addım atılıb. Azerisport.az xəbər verir ki, klubun baş meneceri Zaur Əzizov, əsas komandanın məşqçisi İbrahim Bakır və seleksiyaçı İsmayıl Əliyev klublar arasında imzalanan protokola əsasən Donetskdə ikigünlük səfərdə olublar.
 
Səfərlə bağlı açıqlama verən Zaur Əzizov “Şaxtyor”un əsas və əvəzidici komandalarının oyunlarını izlədiklərini bildirib: “Şaxtyor” klubu əsas komandanın və əvəzedici heyətin “Zorya” ilə qarşılaşmalarını izləmək üçün bizi Ukraynaya dəvət etmişdi. Bildiyiniz kimi “Şaxtyor” Futbol Akademiyasının yetirmələri hazırda Ukrayna Premyer Liqasının müxtəlif klublarında icarə əsasında top qovurlar. “Şaxtyor” klubunun nümayəndələri bu futbolçuların çıxışını diqqət mərkəzində saxlamağımızı istədi. Eyni zamanda əvəzedici heyətdə gənc və perspektivli futbolçuların komandamıza cəlb olunması ilə bağlı müzakirələr baş tutdu. Komandamızın məşqçisi İbrahim Bakır və seleksiyaçı İsmayıl Əliyevlə bərabər adıçəkilən matçları izlədik”.
 
Klub rəsmisi bir neçə futbolçunun diqqətlərini çəkdiyini deyib: “Matçlardan sonra elə Donetskdə məşqçilərimizin iştirakı ilə kiçik toplantı keçirdik. Həm İbrahim Bakır, həm də İsmayıl Əliyev əvəzedici heyətdə çıxış edən gənclərin komandamıza cəlb oluna biləcəyini bildirdi. Təbii ki, bir oyunla yekun qərar vermək olmaz. Həmin gənc futbolçuların durumu ilə bağlı “Şaxtyor” nümayəndələri ilə görüşümüz olacaq. Əgər onların komandamıza gəlişi ilə bağlı hər iki klub ilkin razılıq əldə etsə, o zaman məşqçilərimiz futbolçuları ən az daha bir dəfə meydançada izləyəcək, eyni zamanda mövsüm ərzində keçirilən oyunların videoyazısına baxacaq və sonda yekun qərar veriləcək”.
 
“Şaxtyor”la əməkdaşlığın miqyasının zaman keçdikcə daha da genişlənməkdə olduğunu bildirən Əzizov bəzi mövzularda Ukrayna təmsilçisi ilə məsləhətləşmələr apardıqlarını vurğulayıb: “Ümumiyyətlə hazırda klublararası münasibət çox yüksək səviyyədədi və istər əsas və əvəzedici komanda çərçivəsində, istərsə də akademiya məsələləri ilə bağlı daim qarşılıqlı müzakirələrimiz olur. Səfərimiz zamanı da bizə lazımi köməyi göstərdilər. Tək qarşılıqlı işlərimizlə bağlı deyil, ümumilikdə hazırkı və gələcək planlarımızı da onlarla bölüşürük. Təbii ki, işlərimizi möhkəm qurmaq üçün bizim hazırda görməkdə olduğumuz işləri yekunlaşdırmış təcrübəli klub kimi “Şaxtyor”dan məsləhətlər alırıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.