19 aprel 2012 17:53

Georgi Adamiya: 2-ci pilləni kiməsə verməyə hazırlaşmırıq

“Qarabağ”ın hücumçusu Georgi Adamiya futbol üzrə Azərbaycan kubokunun “Bakı ilə ilk yarımfinal oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb. Gürcü futbolçu 1:0 hesablı qələbəyə sevindikləri görüşlə bağlı öncə bunları dilə gətirib:

“Əlbəttə, kubokda səfər qələbəsi bizim üçün yaxşı nəticədi. Amma istənilən halda arxayınlaşmaq olmaz. Biz səfərdə öz qolumuzu vura bildik. Lakin bu, o demək deyil ki, “Bakı” cavab görüşündə bizə qol vurmayacaq. Mən deyərdim ki, hər şeyə məhz cavab görüşündə aydınlıq gələcək”.
 
Adamiyanın sözlərinə görə, qələbə qazanmalarına baxmayaraq, “Qarabağ” konsentrasiyanı itirməməlidi: “Bəli, cavab oyunu öncəsi bizim müəyyən üstünlüyümü var. Amma bu, elə də böyük deyil. Səfərdə vurulan bircə qol bizə arxayınlaşmağa əsas vermir. Buna görə cavab oyununa daha yaxşı hazırlaşmalıyıq. Finala çıxmaq üçün buna borcluyuq”.
 
“Qarabağ” lider “Neftçi”dən 10 xal geri qaldığı üçün demək olar ki, çempionluq şansını itirib. Lakin gürcü forvard istənilən halda mübarizəni sona kimi davam etdirəcəklərini deyir: “Düzdü, “Neftçi” artıq çox uzaqdı. Amma biz istənilən halda mübarizəni sona kimi davam etdirəcəyik. Çünki ikinci pilləni kiməsə verməyə hazırlaşmırıq. Qızıl medal şanslarımızın qalmaması gümüşdən də imtina etməyimizə səbəb ola bilməz”.

Maraqlıdı ki, Ağdam klubu kubokun cavab oyunu ərəfəsində Premyer Liqada da “Bakı” ilə üz-üzə gələcək. O, bu məsələyə də münasibətini açıqlayıb: “Bakı” son dövrlər çox yaxşı futbol sərgiləyir. Bu komandanın artırdığı göz qabağındadı. Onları yenə məğlub etməyimizə baxmayın. Çünki bu qələbə bizə çox çətinliklə başa gəldi. Buna görə də düşünürəm ki, həm çempionat, həm də kubokun cavab oyununda bizə çox çətin olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.