19 aprel 2012 19:01
Qarabağ makedoniyalı legioneri ilə yollarını ayırır
“Qarabağ”ın makedoniyalı yarımmüdafiəçisi Nderim Nedzipi hazırkı komandasıyla yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, legioner futbolçunun mövsümün sonunda Ağdam klubundan gedişi gözlənilir.
Qeyd edək ki, bu yarımmüdafiəçi artıq xeyli müddətdi komandanın heyətinə düşə bilmir. Bu üzdən də Nedzipinin mövsüm başa çatan kimi “Qarabağ”dan ayrılması ehtimalı yüksəkdi.
