19 aprel 2012 19:16
Belarus - Azərbaycan matçının vaxtı və yeri açıqlandı (FOTO)
Futbol üzrə Azərbaycan və Belarus yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun keçirilmə yeri və vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma iyunun 5-də keçiriləcək.
Oyun Belarusun paytaxtı Minsk şəhərində yerləşən “Dinamo” stadionunda baş tutacaq. Görüşün start fiti isə Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
