19 aprel 2012 12:15
Abramidze hakimə Bayern - Real oyununu xatırladıb
Futbol üzrə Azərbaycan kubokunun “İnter” və “Neftçi” (0:0) arasında keçirilmiş ilk yarımfinal oyununda maraqlı hadisə baş verib. Azerisport.az xəbər verir ki, epizodların birində “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo zədə alıb aldığı məqamda “bankirlər"in gürcü müdafiəçisi Valeri Abramidze hakimə öz narazılığını bildirmişdi. Tribunalardan ona hakimlə mübahisə etməmək və bunun faydasız olduğu barədə gürcücə çağırış səslənmişdi. Abramidze tribunadakı kəsdən “Çempionlar Liqası”nın “Bayern” və “Real” arasında keçirilmiş ilk yarımfinal oyununu yada salmağı xahiş etmiş və hakimin hər addımbaşı fiti səsləndirməsini deyil, rəqibə oyun imkanı verdiyini xatırlatmışdı. Oyunun hakimi Əliyar Ağayev isə bu hadisəyə heç bir reaksiya göstərməyib.
