20 aprel 2012 01:16
İqor Mitreski: Artıq heç nədən qorxumuz yoxdu
“Neftçi”nin müdafiəçisi İqor Mitreski azerisport.az saytına müsahibəsində “İnter”lə kubokun yarımfinal oyunundan, eləcə də çempionluq şanslarından danışıb.
- “İnter”lə kubok oyunu haqda nə deyərdiniz?
- Çox çətin oyun alındı. Hər iki komanda yorğun görünürdü. Çünki hər üç gündən bir oyun keçiririk. Fikrimcə, pis oyun keçirmədik. Hər iki hissəni bizim hesabımıza yazmaq olar. Xeyli qol vəziyyətləri yaratdıq. Təəssüf ki, qol vura bilmədik.
- Çox çətin oyun alındı. Hər iki komanda yorğun görünürdü. Çünki hər üç gündən bir oyun keçiririk. Fikrimcə, pis oyun keçirmədik. Hər iki hissəni bizim hesabımıza yazmaq olar. Xeyli qol vəziyyətləri yaratdıq. Təəssüf ki, qol vura bilmədik.
- Elə Bahodir Nasimovun qapıçı ilə üz-üzə qaldığı epizod hamısına dəyərdi...
- Belə şanslardan yararlanmaq lazımdı. Amma dediyim kimi, yorğun idik. Belə oynamaq çətin olur. Bu, futboldu. Hərdən elə olur ki, boş qapıya da düşə bilmirsən.
- Nəticədən razı qaldınız?
- “İnter”i məğlub edə bilərdik. Amma heç-heçə də belə möhkəm komanda ilə səfər oyunu üçün pis nəticə deyil.
- Dörd gün öncə “Neftçi” “İnter”lə çempionat oyununda daha fəal idi və hətta 2:1 hesabıyla qalib də gəldi...
- Dediyim kimi, bu dəfə yorğunluq da var idi. Üstəlik onu da nəzərə almaq lazımdı ki, səfərdə oynayırdıq. Niyə risk etməliydik ki? Axı pley-off oyunları iki görüşdən ibarət olur. Etiraf edirəm ki, bu oyunda nəticəyə oynayırdıq. Sadəcə, qol vura bilmədik. Bunu bacarsaydıq, daha sərfəli nəticə qazanardıq.
- Sizcə, bu nəticə komandanızın finala vəsiqə çıxmasına imkan yaradır?
- Əlbəttə. Amma bunun üçün öz meydanımızda daha yaxşı və uğurlu oyun keçirməyimiz lazımdı. Finalın bir addımlığında dayanmaq üzücü olardı.
- Əlbəttə. Amma bunun üçün öz meydanımızda daha yaxşı və uğurlu oyun keçirməyimiz lazımdı. Finalın bir addımlığında dayanmaq üzücü olardı.
- Premyer Liqanın 29-cu turunda “Xəzər Lənkəran”la qarşılaşacaqsız və bu oyunda çempionluğunuzu rəsmiləşdirə bilərsiz. Siz kubok oyununa çıxanda, bu rəqibiniz istirahət edirdi. “Böyük oyun”a kimi tam hazır ola biləcəksiz?
- Həmin oyuna qədər bərpa olunmağa çalışacağıq. Digər tərəfdən biz 10 xallıq fərqlə liderlik edirik və heç nədən qorxumuz yoxdu. Futbol oynamağa çalışacağıq. Fikrimcə, Lənkəranda anşlaq olacaq. Bu üzdən də bizi maraqlı oyun gözləyir.
- Deməli, Lənkərandakı oyuna arxayın çıxacaqsız?
- Komandamızın 10 xallıq fərqlə öndə olması bizə nəticəyə oynamamaq imkanı verir. Təbii ki, bu fərqi qorumaq istəyirik və onu əldən vermək fikrimiz yoxdu. Sadəcə, “Neftçi” indi nəticəyə oynamaq yox, baxımlıq oyun haqda daha çox düşünə bilər.
