20 aprel 2012 01:32
Gürcüstan - Azərbaycan matçının başlama vaxtı açıqlandı
17 yaşadək qızlardan ibarət komandalar arasında UEFA tərəfindən Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş turnirdə Azərbaycan yığmasının növbəti rəqibi müəyyənləşib. Azerisport.az öncədən də xəbər verdiyi kimi, komandamız 3-cü yer uğrunda oyunda Qazaxıstan yığması ilə qarşılaşacaq.
Artıq həmin oyunun keçirilmə vaxtı və başlama saatı da bəllidi. Belə ki, qarşılaşma aprelin 21-də, Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək.
Qeyd edək ki, Qazaxıstan yığması turnirdə keçirdiyi ilk oyunda gürcüstanlı həmyaşıdlarına 0:2 hesabı ilə məğlub olub. Millimiz isə Türkiyəyə 1:3 hesabıyla uduzub.
