20 aprel 2012 14:03

Dünyanın ən varlı futbolçuları açıqlandı

“Forbes” jurnalı 2011-ci ilin yekunlarına əsasən, dünyanın ən yüksək ödənişli futbolçularının reytinqini açıqlayıb. Azerisport.az xəbər verir ki, siyahıda birinci pilləni ABŞ-ın “Los Angeles Galaxy” klubunun yarımmüdafiəçisi Devid Bekhem tutur.
 
İngiltərəli oyunçu hesabat dövründə 47 milyon dollar qazanıb. Bunun 37 milyon dollarını reklam və sponsor gəlirləri tutub.
 
İspaniya “Real”ının hücumçusu Kristiano Ronaldo 42 milyon dollar gəlirlə ikincidi. Qazancın təqribən yarısı sponsor müqavilələrindəndi. İlk “3-lüy”ü “Barcelona”nın futbolçusu və “Qızıl top”un sahibi Lionel Messi tamamlayır. Argentinalı hücumçu ötən il 39 milyon dollar qazanıb ki, bunun da 19 milyon dolları sponsorlardandı. İngiltərənin “Manchester United” klubunun forvardı Ueyn Runi (24 milyon dollar) 4-cü, “Real”ın yarımmüdafiəçisi Kaka (21 milyon dollar) 5-cidi.
 
Qeyd edək ki, bir müddət öncə “France Football” nəşri Lionel Messini dünyanın ən bahalı futbolçusu adlandırıb. Kristiano Ronaldo isə 3-cü olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.