20 aprel 2012 14:27

Lənkəranda 25-ci Böyük oyun

Həftəsonu keçiriləcək Azərbaycan Premyer Liqasının XXIX turu “Böyük oyun”la əlamətdar olacaq. Azerisport.az xəbər verir ki, Azərbaycanda ən çox sevilən klublardan olan “Xəzər Lənkəran” və “Neftçi” növbəti dəfə üz-üzə gələcək.
 
Bir sıra məqamlarla diqqət çəkən bu dəfəki matç yubiley xarakteri daşıyır. Belə ki, Ölkə futbolsevərləri 25-ci dəfə “Böyük oyun”a şahidlik edəcək. Məsələ ondadır ki, 2004-cü ildə yaranan XL indiyədək 24 dəfə “ağ-qaralar”la qarşılaşıb.
 
Ümumilikdə isə indiyədək “Neftçi” ilə “Xəzər Lənkəran” 22 çempionat və 2 kubok qarşılaşmasında prinsipial matça çıxıb. 25-ci oyun ərəfəsində ümumi balansda cüzi üstünlük bakılıların tərəfindədi. Daha çox heç-heçənin qeydə alındığı duellərdə “Neftçi” 7, “Xəzər Lənkəran” 6 qələbə qazanıbsa 11 matç “sülh”lə bitib. Bakılıların 25 qoluna cənublular 21 dəfə cavab veriblər.
 
Lənkərandakı görüşlərdə isə meydan sahibləri üstünlüyə malikdilər. “Xəzər Lənkəran” ev sahibi olduğu 11 qarşılaşmada 4, qonaqlar isə bunun yarısı qədər - 2 dəfə qalib gəlib. 5 dəfə qalibi müəyyənləşdirə bilməyən rəqiblərin duellərində meydan sahibləri 9, qonaqlar isə 6 dəfə qol vurub. “Neftçi” bu dəfəki “Böyük oyun”un keçiriləcəyi Lənkəran şəhər stadionunda qələbə qazana bilməyib. Bakılılar hər 2 qələbəsini Lənkəran Olimpiya idman Kompleksinin arenasında qeyd edib. Sonuncu belə hal isə 5 il əvvələ təsadüf edib. 2007-ci il noyabrın 10-dan sonra isə “Neftçi” Lənkəranda qələbə görməyib.
 
“Xəzər Lənkəran” – “Neftçi”: Bütün oyunlar
 
Azərbaycan çempionatı
 
2004/05 mövsümü
 
08.12.2004. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev
 
11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov
 
“Qızıl oyun”
 
10.06.2005 “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov
 
2005/06 mövsümü
 
18.12.2005. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev
 
30.05.2006. “Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov
 
2006/07 mövsümü
 
11.08.2006. “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov
 
16.02.2007. “Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets
 
2007/08 mövsümü
 
10.11.2007. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya
 
11.05.2008. “Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev
 
2008/09 mövsümü
 
19.10.2008. “Xəzər Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev
 
12.04.2009. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun
 
2009/10 mövsümü
 
İlkin mərhələ
08.11.2009. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0
 
17.02.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
 
Final mərhələsi
27.03.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0
 
01.05.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
 
2010/11 mövsümü
 
İlkin mərhələ
25.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Dieqo Ruiz
 
13.02.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
 
Azərbaycan kuboku, 1/4 final
 
03.03.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 3:4
Flavio Aleks Valensio (2), Slavko Georgiyevski - Uinston Parks, Manuel Skarlatake, Julius Vobay, Andrei Mureşan
 
08.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks - Flavio Aleks Valensio
 
Azərbaycan çempionatı
 
Final mərhələsi
18.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Julius Vobay - Rodriqo Sezar Kastro
 
18.05.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Cavid İmamverdiyev - Julius Vobay
 
2011/12 mövsümü
 
İlkin mərhələ
10.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Ruslan Abışov - öz qapısına
 
06.11.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 5:0
Flavio Aleks Valensio, 19; 33; Bahodir Nasimov, 68; 80; Fərid Quliyev, 90+1
 
Final mərhələsi
24.03.2012. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Ruslan Abışov, 26 - Rahid Əmirquliyev, 55

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.