20 aprel 2012 15:18

“XL Neftçidən güclü olduğunu göstərmək istəyirsə...”

Premyer Liqanın 29-cu turunun “Xəzər Lənkəran”la “Neftçi” arasında baş tutacaq “Böyük oyun” öncəsi bu komandaların hər ikisində işləmiş Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində bir çox məsələlərlə bağlı fikirlərini bölüşüb.

“Xəzər Lənkəran” haqda
Hazırda “Xəzər Lənkəran” heç də yaxşı günlərini yaşamır. Altı xalın ləğv olunması istənilən kluba pis təsir edərdi. Amma cənublular qələbə qazanmaq üçün toparlanmalıdılar. Klubun imici, azarkeşlər naminə oynamaq lazımdı. Özü də onların hələ uğur qazanmaq şansları var: qarşıdakı dörd oyunda qələbə qazanacaqları halda avrokuboklara gedə bilərlər. FİFA onsuz da qərarını qəbul edib. Bu qərarın nə dərəcədə doğru olduğu isə artıq başqa məsələdi. Qoy komanda buna qalan oyunlarında qazanacağı qələbələrlə cavab versin.
 
“Neftçi” barədə
“Neftçi” hazırda sona dörd tur qalmış 10 xallıq fərqlə liderdi. Bu komanda mövsümün əvvəlindən sabit çıxışı ilə seçilir. Onlar liderliyə layiqdilər. Aydın məsələdi ki, bakılılar çempionluğu mümkün qədər tez rəsmiləşdirməyə çalışırlar. “Neftçi”də komanda oyunu var.
 
Böyük oyun
Lənkəranlılar bu oyunda qələbə qazanmağa borcludular. Ən azı azarkeşləri üçün. Komanda “Neftçi”dən güclü olduğunu göstərmək istəyirsə, buna borcludu. Düzdü, Böyükağa Hacıyevin komandası demək olar ki, çempiondu. Bakılılar bu çempionluğu məhz Lənkəranda rəsmiləşdirmək istəyirlər. Mən lənkəranlı azarkeşləri yaxşı tanıyıram, tərbiyəli, ədəbli insanlardılar. Amma “ağ-qaralar”ın yerli publika önündə matçda və çempionatda qazanacaqları zəfəri bayram etmələri onlara bir qədər xoş olmayacaq.
 
Böyükağa Hacıyev
Mən həmişə demişəm ki, komandanı bir neçə ilə yaratmaq mümkün olur. 3-5 aya bu, mümkünsüz bir işdi. Avrokuboklarda “Neftçi”yə yeni nəfəs lazım olacaq. Bu üzdən qışda bəzi transferlər etmək lazım idi. Hacıyevin komandadkı işi göz önündədi. O, komanda üçün çox iş görüb və oyun stilini dəyişib.
 
Yunis Hüseynov
Yunis yaxşı məşqçidi. Mən onu təcrübəli məşqçi kimi tanıyıram. Amma onun işindən danışmaq hələ tezdi. Çünki cəmi bir aydı bu postdadı. Həm də son olaylar komandadakı atmosferə də təsirsiz ötüşmür. Hesab edirəm ki, “Xəzər Lənkəran” avrokuboklara düşməlidi. Yunis Hüseynovun işi o zaman bilinəcək.
 
“Neftçi”nin heyəti
Komandada aşkar lider yoxdu, amma aparıcı futbolçular var. Mənə elə gəlir ki, Flavinyo hazırda Bahodir Nasimovdan da əsas oyunçudu. Özbəkistanlı forvard Flavinyodan asılıdı. Əgər kimsə onu topla təmin etməsə, Nasimov özü qol vura bilmir. Avrokuboklarda “Neftçi”yə daha bir Flavinyo lazımdı. Həmçinin Rəşad Abdullayev də heyətdə ən yaxşılardandı. Sona kimi oynayır, hər imkandan yararlanır. Amma istənilən halda “Neftçi”nin əsas üstünlüyü komanda oyunundadı.

“Xəzər Lənkəran”ın heyəti
Son matçlarda cənublular mənim xoşuma gəlmir. Komandada Kamran Ağayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev kimi təcrübəli oyunçular var. Onlar komandanın əsas gücüdü. Branimir Subaşiç də özünü göstərməlidi. O, hələ az qol vurur. Halbuki, yaxşı qol duyumu var.
 
“Neftçi”nin çatışmazlıqları
“Neftçi” artıq iki ildi eyni heyətlə oynayır ki, bu, yaxşı məqamdı. Amma indi bu heyəti qorumaqla yanaşı, gücləndirməyə ehtiyac var. Yenilərə vaxt tələb olunacaq. Çünki komandaya gələn kimi kömək etmək çətin olur. Ona görə də düşünürəm ki, bakılılar qışda güclənməli idilər. Çempionlar Liqasında çətin olacaq.
 
“Xəzər Lənkəran”ın çatışmazlıqları
“Xəzər Lənkəran”ın ən böyük mənfi cəhəti heyətdə çoxlu dəyişikliklər etməsidi. Belə olmaz. “Xəzər Lənkəran” da vahid bir kollektiv formalaşdırmalı və onların 1-2 il birgə çıxış etməsinə çalışmalıdı. Hər il heyətdə dəyişikliklər etmək düzgün deyil. Ona görə də komanda normal çıxış edə bilmir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.