20 aprel 2012 15:48
Ramim Bakıya qayıda bilər
Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın sabiq yarımmüdafiəçisi Fabio Luis Ramim Bakıya qayıda bilər. Azerisport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin hətta komandanın qarşıdakı yay toplanışında iştirakı da nəzərdə tutulub.
“Bakı” rəhbərliyi özünü göstərəcəyi halda, təcrübəli oyunçu ilə yeni müqavilə imzalamağı planlaşdırır. Lakin bunun üçün Fabionun hazırlıq durumunun qənaətbəxş səviyyədə olması lazımdı.
Qeyd edək ki, “Bakı” Ramimlə yollarını bu qış Aleksandr Starkovun istəyinə uyğun olaraq ayırmışdı. Lakin hazırda zədəsini sağaldan futbolçu Novruz Əzimovun rəhbərliyi altında çıxış etmək şansına malikdi.
