20 aprel 2012 16:01
Qəbələ İnterlə oyun öncəsi əsas heyət oyunçusunu itirdi
“Qəbələ” Premyer Liqanın 29-cu turunun “İnter”lə oyunu öncəsi ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi Ürfan Abbasovun xidmətindən məhrum olub.
Qeyd edək ki, bölgə təmsilçisi bakılılarla oyuna Qəbələdə hazırlaşırdı. Bu gün isə paytaxta təşrif buyuran Fatih Kavlakın komandası Bakıda oyun öncəsi son məşqinə çıxacaq.
“Qəbələ”ni bu oyun öncəsi yalnız bir itki qayğılandırır. Bu da Ürfanın yoxluğudu. O, sarı vərəqə limitini doldurduğu üçün “İnter”lə oyunda komandasına kömək edə bilməyəcək.
