20 aprel 2012 16:23
Fatih Kavlak: İnteri məğlub etmək üçün əlimizdən gələni edəcəyik
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 29-cu turunun “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Sona dörd tur qalır. Bizim də vəziyyətimiz elədi ki, hər oyunda qələbə qazanmağımız lazımdı. Qarşıdakı oyuna yaxşı hazırlaşmışıq. “İnter”i məğlub etmək üçün əlimizdən gələni edəcəyik. Baxmayaraq ki, bunun çətin olacağını da bilirik. Çünki rəqibimiz də yaxşı vəziyyətdə deyil və mütləq qələbə qazanmağa çalışacaq. Rəqibin necə güclü olduğunu da bilirik”.