20 aprel 2012 16:59
Qəbələ türkləri məğlub edib, ingilislərlə sülh bağladı
III Beynəlxalq Kuşadası Turnirində çıxışını davam etdirən "Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandası 2 matçla 2-ci oyun gününə yekun vurub. Azerisport.az xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Göztəpə" ilə üz-üzə gəlib.
Turan Manafovun yeganə qolu komandamıza minimal hesablı qələbə qazandırıb - 1:0. İkinci matçda İngiltərə "Nyukasl"ı ilə qarşılaşan təmsilçimiz meydançadan qolsuz bərabərliklə ayrılıb - 0:0.
Bu nəticələrdən sonra "Qəbələ" 5 xalla qrupda 3-cü yerdə möhkəmlənib. Qrupa 7 xal toplayan "Dardanelspor" başçılıq edir. Aktivində 6 xal olan "Galatasaray" 2-ci, komandamızla eyni xala malik "Göztepe" 4-cüdü. Xalları bərabər olan "Nyukasl" və "Nordsyalend" (Danimarka) müvafiq olaraq 5-ci - 6-cı yerləri bölüşürlər.
"Qəbələ" sabah qrupun son oyununda "Nordsyalend"lə qarşılaşacaq.
