20 aprel 2012 17:53
Jaba Azərbaycan klubundan təklif alıb
Qış fasiləsi dönəmində "Bakı"dan ayrılaraq Türkiyənin "Antalyaspor" klubuna transfer olan Jaba yenidən Azərbaycandan təkliflər alıb. Azerisport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə futbolçunun meneceri Çağrı Arslan açıqlama yayıb.
O, Jabanın Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan klublarından təkliflər aldığını, lakin futbolçunun Türkiyədə qalmaq istədiyini bildirib. Jaba isə bunu Türkiyəyə daha tez uyğunlaşdığını və artıq özünü bir türk kimi hiss etməsi ilə əlaqələndirib.
Qeyd edək ki, Jabaya təklif göndərən klubumuzun adı açıqlanmayıb.
