20 aprel 2012 18:36
Qarabağ Ağdama yola düşdü
“Qarabağ” Ağdama yollanıb. Azerisport.az xəbər verir ki, bazar günü Quzanlıda Premyer Liqanın XXIX turu çərçivəsində “Bakı”nı qəbul edəcək komanda bu gün səhər paytaxtda son məşqinə çıxıb.
Günorta yeməyindən sonra isə “Qarabağ” Ağdama hərəkət edib. Komanda sabah sonuncu məşqini Quzanlıda edəcək.
Xatırladaq ki, “Qarabağ”- “Bakı” oyunu aprelin 22-də Quzanlı qəsəbə stadionunda baş tutacaq. Oyun saat 16:00-da başlayacaq.
