21 aprel 2012 00:02

Çempionluq oyunu və ya Premyer Liqada Böyük tur

Həftə sonu futbol üzrə Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun daha prinsipial qarşılaşmaları bazar gününə təsadüf edəcək.
 
İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Elitada qalmaq uğrunda mübarizə aparan “Turan” səfərdə “Rəvan”ın qonağı olacaq.Sonuncudan əvvəlki pillədə qərarlaşan Tovuz klubu final mərhələsi başlayandan bəri məğlubiyyət tanımır. Əsgər Abdullayevin komandası bu oyunda da uduzmamağa, ən azı bir xal qazanmağa çalışacaq. Paytaxt klubu isə 7-ci pilləni tutmağı hədəfləyib və buna görə “Turan”ı məğlub yola salmağa borcludu. Maraq üçün xatırladaq ki, təsnifat mərhələsindəki oyunlarda “Rəvan” bu rəqibini həm səfərdə, həm də evdə məğlub etməyi bacarmışdı – 1:0, 2:1. Final mərhələsində Tovuzda keçirilən üçüncü oyunda isə meydan sahibləri nəhayət “Rəvan” sindromuna son qoymağı bacarmışdılar - 2:1.
 
Günün digər oyununda da autsayderlər – “Simurq”la “Sumqayıt” üz-üzə gələcək. Sumqayıt klubu qış fasiləsindən sonrakı uğursuzluqları son turlarda qazandığı nəticələrlə qismən də olsa, unutdurmağı bacardı. Lakin bu, hələ son pillədən yaxa qurtarmaq üçün yetərli deyil. Bernard Raabın komandası çətin səfərdən ən azı 1 xalla qayıtmağa çalışacaq. Zaqatala klubu isə autsayderlə oyunlardakı uğurlu seriyanın davamını gətirməyə çalışacaq. Məsələ burasındadı ki, bu komandalar arasında indiyədək keçirilən oyunların hamısında “Simurq” qələbə qazanıb. Təsnifat mərhələsindəki hər iki görüşdə 1:0 hesablı qələbəyə sevinən zaqatalalılar final mərhələsində də bu rəqibi 2:1 hesabıyla məğlub etmişdilər.

İkinci altılığın digər oyunu isə “Kəpəz”lə AZAL arasında baş tutacaq. Gəncədə keçiriləcək oyunda meydan sahibləri özündən irəlidə olan komandalara daha da yaxınlaşmaq üçün mütləq qələbə qazanmağa çalışacaq. Hansı ki, təsnifat mərhələsində Gəncədə keçirilən oyunda “Kəpəz” bunu bacarmışdı - 3:1. Lakin AZAL həm təsnifat, həm final mərhələsində Bakıda keçirilən ev oyunlarında bu rəqibini eyni hesabla (2:0) məğlub edib.
 
Son dövrlər çempionatda işləri o qədər də qaydasında getməyən “İnter” “Qəbələ”ni qəbul edəcək. “Bankirlər” çempionatdakı mövqeyinin zəifləməməsi üçün bu oyundan mütləq qələbə ilə ayrılmalıdı. Elə bölgə təmsilçisi də eyni xala malik olduğu “Xəzər Lənkəran”ın mümkün xal itkisi ehtimalı olduğu üçün, bundan yararlanıb ilk dördlüyə girməyi hədəfləyib. Bunun üçün isə Fatih Kavlakın da komandası ən azı heç-heçə etmək və ya qələbə qazanmaq istəyir. Yeri gəlmişkən qeyd edək ki, “İnter” cari mövsümdə hələ “Qəbələ”yə qalib gələ bilməyib. Təsnifat mərhələsindəki oyunlarda heç-heçə qeydə alınmışdı - 1:1, 0:0. Qəbələdə baş tutan final mərhələsinin ilk oyununda da meydan sahibləri 2:1 hesabıyla qələbə qazanmışdılar. Bu üzdən də paytaxt klubu bu dəfə həm də qisasını almağa çalışacaq.
 
Turun daha bir maraqlı görüşü “Qarabağ”la “Bakı” arasında baş tutacaq. Məlum olduğu kimi, Ağdam klubu Premyer Liqanın cari mövsümündə keçirilən əvvəli oyunların hər üçündüə “Bakı”nı məğlub edib. Təsnifat mərhələsində doğma meydanda 2:1, səfərdə 3:0 hesabıyla üstün olan Qurban Qurbanovun yetirmələri bu uğurun davamını altılıq çərçivəsindəki ilk oyunda da gətirdilər 2:1. Maraqlıdı ki, bu komandaların yolları cari mövsümdə kubokda da kəsişdi. Elə bu həftə içi Bakıda keçirilən ilk yarımfinal oyununda “Qarabağ” yenə “zolaqlılar”dan üstün oldu. İndi Ağdam klubu bir həftə içində ardıcıl ikinci dəfə qarşılaşacağı rəqibinə yenə eyni aqibəti yaşatmağa çalışacaq. Ağdam klubu xal itirəcəyi halda çempionluq şanslarını tam olaraq itirəcək. Lakin istənilən halda ən azı ikinci pillədəki mövqeyini qorumaq üçün ağdamlılar doğma meydanda növbəti 3 xala sahib çıxmağa borcludular. Eyni zamanda “Bakı” kubokda da uğurlu nəticə şanslarını çətinə saldığından indi çempionatda dördüncü yeri tutmağa çalışır və bunun üçün “Qarabağ” sindromuna son qoymaq vacib əhəmiyyət daşıyır.
 
Turun daha çox maraq doğuran qarşılaşması isə Lənkəranda keçiriləcək. Çempionatımızın bəzəyinə çevrilən “Böyük oyun”da “Xəzər Lənkəran” lider “Neftçi”ni qəbul edəcək. Altı xalı silinəndən sonra “Bakı”ya uduzmaqla medalçılar sırasına düşmək şanslarını daha da azaldan “ağ-yaşıllar” prinsipial rəqibini məğlub yola salmağı hədəfləyib. Bu, cənub təmsilçisinin düşərgəsində psixoloji durumu xeyli yaxşılaşdıra bilər. Yeri gəlmişkən, təsnifat mərhələsi çərçivəsində Lənkəranda keçirilən “Böyük oyun”da məhz meydan sahibləri gülən tərəf olmuşdu - 1:0. Lakin Bakıda keçirilən oyunda “Neftçi” prinsipial rəqibi üzərində 5:0 hesabıyla qələbə qazanmışdı. Bu üzdən cənublular eyni zamanda həmin darmadağının əvəzini çıxmağı da unutmurlar. Tərəflərin final mərhələsindəki ilk görüşü isə 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.
 
Bu qarşılaşmaya maraq təkcə “Böyük oyun” olmasına görə deyil. Belə ki, hazırda əsas izləyicisindən 10 xal öndə olan “Neftçi” bu tur çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün sadəcə “ağ-yaşıllar”ı məğlub etmək yetərlidi. Amma “ağ-qaralar” hətta qələbə qazanmasa da, izləyicilərinin məğlubiyyəti və ya xal itkisi qızıl medalların vaxtından öncə “Neftçi”yə qismət olmasıyla nəticələnəcək. Paytaxt klubu ən azı heç-heçə sayəsində də olsa, çempionluğunu məhz əzəli rəqibinin azarkeşlərinin gözü qarşısında rəsmiləşdirməyi hədəfləyib. Lənkəran klubu isə təbii ki, bu çempionluğun ən azı bu tur, onların meydanında rəsmiləşməməsi üçün “Neftçi”ni məğlub yola salmağa çalışacaq.
 
Premyer Liqa
29-cu tur
21 aprel (şənbə)
 
Rəvan – Turan
AFFA nümayəndəsi: Ramiz Əliyev
Hakim-inspektor: Səfər Haşımov
Bakı. DalğaArena. Saat 16:00.
 
Simurq -  Sumqayıt
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Zaqatala. Şəhər stadionu. Saat 18:00.
 
22 aprel (bazar)
 
Qarabağ – Bakı
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xəqani Məmmədov
Ağdam rayon Quzanlı qəsəbə stadionu. Saat 16:00.
 
Kəpəz – AZAL
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu. Saat 16:00.
 
İnter – Qəbələ
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Bakı. “Şəfa” stadionu. Saat 18:00.
 
Xəzər Lənkəran – Neftçi
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Gülağa Cabbarov
Lənkəran şəhər stadionu. Saat 18:00.
 
1
Neftçi
28
19
3
6
53 - 25
28
60
2
Qarabağ
28
14
8
6
32 - 18
14
50
3
İnter
28
14
7
7
26 - 19
7
49
4
Xəzər L
28
15
6
7
38 - 26
12
45
5
Qəbələ
28
13
6
9
36 - 29
7
45
6
Bakı
28
13
5
10
36 - 29
7
44
 
1
AZAL
28
10
7
11
41 - 43
-2
37
2
Rəvan
28
8
9
11
28 - 33
-5
33
3
Kəpəz
28
8
5
15
32 - 46
-14
29
4
Simurq
28
6
8
14
23 - 39
-16
26
5
Turan
28
6
5
17
22 - 36
-14
23
6
Sumqayıt
28
5
5
18
22 - 46
-24
20
 
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz, Zohair Benuahi (hər ikisi AZAL), Yuri Fomenko (Kəpəz), Flavinyo (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.