21 aprel 2012 19:53

Sumqayıt məğlub oldu, Turan 1 xal qazandı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 29-cu turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
 
İkinci altılıq çərçivəsində “Rəvan” “Turan”ı qəbul edib. Qarşılaşma məhsuldar heç-heçə ilə başa çatıb. “Simurq” isə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri qələbəni bayram edən tərəf olublar.
 

Premyer Liqa
29-cu tur
21 aprel (şənbə)
 
SİMURQ - SUMQAYIT - 2:1 (1:0)
Qollar: Ruslan Poladov, 35 (1:0), Anatoli Doroş, 68 (2:0), Orxan Əliyev, 76 (2:1)
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elşən Acalov, Anar Göyçayski.
Zaqatala. Şəhər stadionu.
 
Oyun başladı
Hər iki komanda oyuna çox ehtiyatlı başlayıb
Oyunda sürət çox aşağıdı
Geridə qalan 10 dəqiqəqədə tərəflər bir dənə də qol epizodu yarada bilməyiblər
R.Tağızadənin baş zərbəsində dəqiqlik çatışmır
A.Doroşun hesabı açmasına Popoviç mane olur
Bütövlükdə bərabər səviyyəli oyun gedir
Orxan Həsənov 100 faizlik qol vəziyyətini boşa verir
Ruslan Poladov dəqiq zərbə ilə oyunda hesabı açır - 1:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Qonaqlar oyunda dönüş yaratmağa çalışsalar da, buna nail ola bilmirlər
Oyun daha çox meydanın mərkəzində cərəyan edir
53-cü dəqiqədə Eşqin Quliyev kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan qovulur və qonaqlar azlıqda qalırlar
"Simurq" daha çox uzaqdan zərbələrə üstünlük verir
Anatoli Doroş meydan sahiblərinin üstünlüyünü bir qədər də artırır - 2:0
Orxan Əliyev buraxılan qollardan birinin əvəzini çıxır - 2:1
Qonaqlar ikinci qolu vurmağa çalışır. Lakin "Simurq" inamla müdafiə olunur
Matç başa çatdı
 
 
RƏVAN - TURAN - 2:2 (0:0)
Qollar: T.Novruzov, 54-pen (1:0), M.Zeçeviç, 82-pen (2:0), G.Beriaşvili, 84, A,Qoqoberişvili, 86-pen (2:2)
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Azər Əsgərov, Tahir Əhmədov.
Bakı. Dalğa Arena.
 
Oyun başladı
5. Komandalar qarşılıqlı hücumlar təşkil etsələr də, təhlükəli vəziyyət yoxdu
6. A.Məmmədov sarı vərəqə alan ilk futbolçu olur
8. C.Tağıyevin uzaqdan zərbəsi qapıdan aralı keçir
15. "Rəvan" oyuna nəzarəti əldə saxlasa da, hələ ki, rəqib qapısı qarşısında ciddi qol vəziyyəti yarada bilmir
17. Torresin qonaqların qapısına vurduğu cərimə zərbəsini qapıçı A.Nəzirov kornerə çıxarır
17. Meydan sahibləri kornerdən fərqlənə bilmirlər
21. Dan Pislanın cərimə zərbəsi qapıdan aralı keçir
24. "Turan"ın hücumu təhlükəli olsa da, nəticəsiz qalır
28. Vidakoviçin zərbəsini Nəzirov zərərsizləşdirir
37. "Turan" cərimə zərbəsindən çox uğursuz yararlanır
38. H.Əliyevin uzaqdan zərbəsi qapıdan aralı keçir
39. N.Nəbiyevin qüvvətli zərbəsini D.Kərimi kornerə çıxarır
40. "Turan" kornerdən yararlana bilmir
44. T.Novruzov sarı vərəqə ilə cəzalanır
45. "Turan" ilk yarının sonlarında daha fəal təsir bağışlayır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
51. İlk dəyişikliyi "Turan" edir: H.Əliyevi G.Beriaşvili əvəzləyir
54. Ş.Suma cərimə meydançasında M.Erdoğdu tərəfindən kobudluqla dayandırıldığı üçün rəqib qapısına penalti təyin olunur
54. M.Erdoğdu sarı vərəqə ilə cəzalanır
54. T.Novruzov penaltidən dəqiq yararlanır - 1:0
61. T.Novruzov ikinci sarı vərəqə alaraq meydandan qovulur
63. E.Musazadə yerini N.Kərimiyə verir
65. "Rəvan"ın ikinci qolu vurmasına ardıcıl iki epizodda əla reaksiya nümayiş etdirən A.Nəzirov mane olur
71. "Turan"ın cərimə zərbəsini qola çevirmək istəyi alınmır
73. "Turan" daha bir korneri boşa verir
81. Anar Nəzirov cərimə meydançasında Torresi yıxdığı üçün daha bir penaltiyə səbəb olur və sarı vərəqə alır
82. M.Zeçeviç penaltini dəqiq yerinə yetirir - 2:0
82. R.Orucov yerini F.Əliyevə verir
84. Beriaşvili əla zərbə ilə hesab arasındakı fərqi azaldır - 2:1
85. Ş.Suma Beriaşvilini yıxdığı üçün penaltiyə səbəb olur və sarı vərəqə alır
86. Qoqoberişvili penaltini dəqiq yerinə yetirir - 2:2
86. D.Pisla yerini R.Piriyevə verir
89. Vidakoviçi T.Cəlilov əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Beriaşvili sarı vərəqə alır
Matç başa çatdı

Turun qalan oyunları sabah keçiriləcək: Qarabağ – Bakı, Kəpəz – AZAL, İnter – Qəbələ, Xəzər Lənkəran – Neftçi.
 
1
Neftçi
28
19
3
6
53 - 25
28
60
2
Qarabağ
28
14
8
6
32 - 18
14
50
3
İnter
28
14
7
7
26 - 19
7
49
4
Xəzər L
28
15
6
7
38 - 26
12
45
5
Qəbələ
28
13
6
9
36 - 29
7
45
6
Bakı
28
13
5
10
36 - 29
7
44
 
1
AZAL
28
10
7
11
41 - 43
-2
37
2
Rəvan
29
8
10
11
30 - 35
-5
34
3
Kəpəz
28
8
5
15
32 - 46
-14
29
4
Simurq
29
7
8
14
25 - 40
-15
29
5
Turan
29
6
6
17
24 - 38
-14
24
6
Sumqayıt
29
5
5
19
23 - 48
-25
20
 
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz, Zohair Benuahi (hər ikisi AZAL), Yuri Fomenko (Kəpəz), Flavinyo (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.