20 aprel 2012 11:25
Azərbaycan futzal millisi Özbəkistanla qarşılaşacaq
Özbəkistan Futbol Federasiyasının dəvəti ilə futzal üzrə Azərbaycan milli komandası mayın 3-dən 7-dək Daşkənd şəhərində təlim-məşq toplanışında olacaq. Azerisport.az xəbər verir ki, bu haqda məlumatı AFFA yayıb.
Məlumatda bildirilir ki, millimiz mayın 5-də və 6-da futzal üzrə Asiya kubokunun final mərhələsinə hazırlaşan Özbəkistan yığması ilə yoldaşlıq oyunu keçirəcək.
