20 aprel 2012 00:02
Millimizin baş məşqçsi: Komandam istədiyim kimi oynadı
17 yaşadək qızlardan ibarət Türkiyə və Azərbaycan yığmaları arasında keçirilmiş oyundan sonra millimizin baş məşqçisi Sissi Rayt fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:3 hesablı məğlubiyyətini belə dəyərləndirib:
“Komandam, demək olar ki, istədiyim kimi oynadı. Sona qədər qələbə əzmi ilə mübarizə apardıq. Təəssüf ki, bunun qarşılığını oyunun nəticəsində görə bilmədik. Baxmayaraq ki, rəqibimiz o qədər də güclü komanda deyildi, bəzi futbolçularımızın fərdi çatışmazlığı özünü göstərdi”.
