20 aprel 2012 00:05
“Bu çatışmazlıq yoluna qoyulsa, Azərbaycan yığması...”
17 yaşadək qızlardan ibarət Türkiyə və Azərbaycan yığmaları arasında keçirilmiş oyundan sonra Türkiyə millisinin baş məşqçisi Tayqun Erdem fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 3:1 hesablı qələbəsini belə dəyərləndirib:
“Fiziki hazırlıq baxımından Azərbaycan yığması yaxşı komandadı. Oyundan əvvəl isinmə hərəkətləri zamanı bir daha bunun şahidi oldum. Lakin bugünkü rəqibimizin ustalıq səviyyəsi daha yüksək olan 2-3 futbolçuya da ehtiyacı var. Bu çatışmazlıq yoluna qoyulsa, Azərbaycan yığması 2012-ci ildə keçiriləcək dünya çempionatında yaddaqalan komandalardan biri ola bilər”.
