20 aprel 2012 12:07
Yığmamızdan 6 qolluq qələbə
Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirilən oyunda millimizin rəqibi “Neftçi” klubunun U-19 komandası olub.
Yığmamız 6:1 hesabı ilə qələbə qazanıb. U-17-nin heyətində Elnur Cəfərov dubl edib. Hərəyə bir dəfə isə Ülvi İbazadə, Roman Məmmədov, Elvin Nəsibov və Pərviz Qaraxanov fərqlənib.
