20 aprel 2012 12:18
Qəbələ Galatasaraya məğlub oldu
III Beynəlxalq Kuşadası Turnirinə yollanan “Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyədə ilk oyunlarını keçirib. Azerisport.az xəbər verir ki, turnirin açılış günündə yerli “Dardanelspor”la qarşılaşan təmsilçimiz meydançanı 1:1-lik heç-heçə ilə tərk edib.
“Qəbələ”nin heyətində Baxşəli Baxşəliyev fərqlənib. İkinci matçda “Galatasaray”la üz-üzə gələn komandamız minimal hesabla məğlub olub – 0:1.
İkinci oyun günündə - aprelin 20-də “Qəbələ” “Nyukasl” və “Göztəpə” ilə münasibətlərini aydınlaşdıracaq.
