21 aprel 2012 01:08
Nazim Süleymanov: Lənkəranlı fanatlar başa düşməlidilər ki...
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun köməkçisi vəzifəsində çalışan Nazim Süleymanov “Neftçi”nin Premyer Liqanın 29-cu turunda “Xəzər Lənkəran”la səfər matçında çempionluğunu rəsmiləşdirmək şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Neftçi” demək olar ki, çempiondu. Bunu sadəcə rəsmiləşdirmək qalıb. Bu turda da alınmasa, qarşıdakı oyunlarda bu, tam dəqiqləşəcək. Fikrimcə, Lənkəranda bizi yaxşı, maraqlı bir oyun gözləyir. “Xəzər Lənkəran”da baş verən son olaylara rəğmən, baş məşqçi Yunis Hüseynovun komandasını bu oyuna kökləyəcəyini düşünürəm. “Neftçi”nin Lənkərandakı mümkün çempionluğunun yerli azarkeşlər tərəfindən xoş qarşılayanmayacağına gəlincə, “Xəzər Lənkəran” tərəfdarları ilk növbədə sayının çoxluğuna görə digərlərindən fərqlənirlər. Amma onlar başa düşməlidilər ki, futbolda hər şey olur. Həm də mən belə hesab edirəm ki, “Böyük oyun”u daha yaxşı hazırlıqlı olan komanda qazanacaq”.