21 aprel 2012 19:15
Karvan 5 cavabsız qolla ikinci oldu
Futbol üzrə Azərbaycan birinci divizionunda 27-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 4 görüş baş tutub.
“Şahdağ” – MOİK matçında tərəflər 1 qolla 1 xala razılaşıblar. “Muğan” “Tərəqqi” üzərində qələbəyə sevinib. “MKT-Araz” “Bakılı”ya uduzub. “Karvan” isə “Energetik” üzərində 5 cavabsız qolla qələbə qazanıb və ikinci pillədə möhkəmlənib.
Qeyd edək ki, turun qalan görüşləri sabah keçiriləcək.
Birinci divizion
27-ci tur
21 aprel (şənbə)
Şahdağ – MOİK – 1:1
Qollar: Fair Əmirquliyev, 30 - Araz Bağırov, 55.
Hakimlər: Hacıəli Ağayev, Elvin Ağayev, Elnur Ağayev, Elxan Müslümov.
Quba Olimpiya Kompleksinin stadionu.
Muğan - Tərəqqi – 2:1
Qollar: Vasif Nəsirov, 19, Kənan Məmmədov, 59 - Elxan Əzizov, 6.
Hakimlər: Ramil Əhmədov, Elxan Əsgərzadə, Hüseyn Əsgərov, Fuad Rəsulzadə
Salyan rayon Olimpiya Kompleksinin stadionu.
MKT-Araz – Bakılı – 1:2
Qollar: Üzeyir Sefizadə, 60 - İlqar Abdurahmanov, 70, Rafiq Əliyev, 85.
Hakimlər: Orxan Məmmədov, Azad Ə.Hüseynov, Elşən Durmuşov, İlqar Zeynalov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.
Karvan – Energetik – 5:0
Qollar: Elşən Hacıyev, 20, Namiq Əliyev, 23; 32, Murad Ağakişiyev, 57, Emin Kazımov, 72.
Hakimlər: Ceyhun Haşımov, Müslüm Əliyev, Vüqar Bayramov, Qorxmaz Eldarov.
Yevlax şəhər stadionu.
1
23
20
2
1
43-7
62
