21 aprel 2012 20:03
Əsgər Abdullayev: Turan bunu bir daha sübut etdi
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 29-cu turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı komandasının 2:2 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“İlk hissədə və ikinci hissənin sonlarında yaxşı oyun nümayiş etdirdik. Komandam məğlubiyyətlə barışmadığını bir daha sübut etdi. Bundan öncəki oyunlarda da komandam əzmkarlıq göstərmişdi. “Rəvan”la qarşılaşmanın çətin olacağını bilirdim. İki top fərqi ilə məğlub olduğumuz halda, oyunu 2:2 hesabıyla başa vurmağımız və bir xal qazanmağımız da yaxşı nəticədi”.
