21 aprel 2012 20:06
Bəhmən Həsənov: Oyunun nəticəsinə çox üzüldüm
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 29-cu turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 2:2 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Oyunun nəticəsinə çox üzüldüm. Azlıqda ola-ola gözəl oyun göstərdik və 2:0 önə keçdik. Ancaq çox təəssüf ki, hesabı qoruya bilmədik. Rəqibimiz evə bir xalla dönür. Onlara gələcək oyunlarda da belə əzmkarlıq göstərmələrini arzulayıram”.
