21 aprel 2012 20:38
Georgi Çixradze: Bizim üçün çətin oldu
“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 29-cu turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcüstanlı çalışdırıcısı komandasının 2:1 hesablı qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Sumqayıt”ın “Kəpəz”lə oyununu izləmişdik. Bizim üçün çətin oldu. İki qol vurmağımıza baxmayaraq ani səhvdən qapımızda qol gördük. “Sumqayıt” klubununa uğurlar arzulayıram”.
