21 aprel 2012 20:48
Bernard Raab mətbuat konfransına qatılmaqdan imtina etdi
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 29-cu turunun “Simurq”la oyunundan sonra mətbuat konfransına qatılmayıb. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun almaniyalı çalışdırıcısı komandasının 1:2 hesabıyla məğlub olduğu oyunu şərh etmək istəməyib.
Bu üzdən də onu köməkçisi Mehman Yunusov əvəzləyib. Lakin maraqlıdı ki, “Sumqayıt” klubunun bu məşqçisi də aşağıdakıları deməklə kifayətlənib: “Bugünkü oyun haqqında danışmaq istəmirik”.
