22 aprel 2012 00:06

İki oyuna 7 qol, 3 penalti, 2 qırmızı

Ötən gün futbol üzrə Azərbaycan Premyer Liqasında 29-cu tura start verildi. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutdu.
 
Günün ilk oyunu “Dalğa Arena”da keçirildi. Burda ikinci altılıq çərçivəsində “Rəvan” “Turan”ı qəbul edirdi. İlk yarısı qolsuz bərabərliklə yekunlaşan matçın ikinci yarısında, xüsusən də son 10 dəqiqəsində azarkeşlər əsl şou izlədilər.
 
Matçın 54-cü dəqiqədə “Rəvan” Taqim Novruzovun penalti qolu ilə hesabda önə keçdi. Baş hakim Anar Salmanov qoldan 6 dəqiqə sonra Taqim Novruzova qırmızı vərəqə göstərərək meydandan qovdu. 83-cü dəqiqədə “Rəvan” daha bir penalti qazandı və bu dəfə Miloş Zeçeviç dəqiq oynadı. İkinci qoldan sonra irəli atılan “Turan” cəmi 1 dəqiqə sonra Georgi Beriaşvilinin qolu ilə bərabərliyi təmin etdi. 88-ci dəqiqədə isə Anar Salmanov matçdakı üçüncü penaltini bu dəfə “Rəvan”ın qapısına təyin etdi. Topa yaxınlaşan Aleksandr Qoqoberişvilinin zərbəsi dəqiq olub və matç 2:2 hesabı ilə yekunlaşdı.
 
Hər halda bu heç-heçə meydan sahibləri üçün ciddi xal itkisi sayıla bilər. Çünki qarşısına yeddinci pilləni tutmağı hədəf qoyan “sarı-qırmızılar” beləcə AZAL-la xal fərqini minimuma endirmək şansını boşa verdilər. Əvəzində “Turan” 1 xala sevinə bilər. Çünki bu, tovuzluların əsas izləyiciləri “Sumqayıt”dan bir qədər də aralanmasına şərait yaratdı.
 
İkinci oyun isə Zaqatalada keçirildi. Burda da “Simurq” “Sumqayıt”ı qəbul edirdi. Bu görüşdə hesabı 35-ci dəqiqədə meydan sahiblərindən Ruslan Poladov açdı. 54-cü dəqiqədə “Sumqayıt”dan Eşqin Quliyev meydandan qovuldu. Bundan yararlanan meydan sahibləri 13 dəqiqə sonra Anatoli Doroşla ikinci qola sevindilər. Ruhdan düşməyən “Sumqayıt” 78-ci dəqiqədə Orxan Əliyevin qolu ilə fərqi azaltsa da, bundan artığına gücü çatmadı. Beləcə, “Simurq” ev oyununda 2:1 hesablı qələbə qazandı.
 
Bu qələbə sayəsində Zaqatala klubu özündən öndə qərarlaşan “Kəpəz”lə xallarını bərabərləşdirmiş oldu. Sonuncu pillədə qərarlaşan “Sumqayıt”ın isə artıq bundan sonra dönüş yaradacağı inandırıcı görünmür. Çox güman ki, Bernard Raabın komandası mövsümü məhz zirzəmidə bitirəcək.
 
Qeyd edək ki, tura bu gün keçiriləcək 4 oyunla yekun vurulacaq. “Xəzər Lənkəran” – “Neftçi” oyununun keçiriləcəyi gündə “Qarabağ” “Bakı”nı, “İnter” “Qəbələ”ni, “Kəpəz” isə AZAL-ı qəbul edəcək.
 
Premyer Liqa
Final Mərhələsi
29-cu tur
 
RƏVAN - TURAN - 2:2 (0:0)
Qollar: T.Novruzov, 54-pen (1:0), M.Zeçeviç, 83-pen (2:0), G.Beriaşvili, 84, A,Qoqoberişvili, 88-pen (2:2)
Vərəqələr: Miloş Zeçeviç, 36 (rəqibə badalaq). Taqim Novruzov, 44 (rəqibi əllə tutduğuna görə). Şerif Suma, 88 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) – Azər Məmmədov, 7 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə). Muammer Erdoğdu, 53 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə). Anar Nəzirov, 82 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə). Georgi Beriaşvili, 90+2 (simulyasiya) – sarı, Taqım Novruzov, 60 (qeyri-idman hərəkəti) - qırmızı.
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Azər Əsgərov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. Dalğa Arena. 100 tamaşaçı.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 6. Taqim Novruzov, 7. Elvin Musazadə (5. Natiq Kərimi, 64), 8. Tural Axundov, 10. Nemanya Vidakoviç (15. Tural Cəlilov, 90), 11. Şerif Suma, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 20. Kristian Tores.
Ehtiyyat oyunçular 99. Murad Qənbərov, 9. Vüsal Qarayev, 13. Fərid Həşimzadə, 21. Ceyhun Abdullayev, 24. Hüseyn İsgəndərov.
Baş məşqçi: Bəhmən Həsənov.
Turan: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev (k), 5. Ayxan Abbasov, 10. Nadir Nəbiyev, 14. Aleksandr Qoqoberişvili, 18. Hafiz Əliyev (11. Georgi Beriaşvili, 51), 20. Azər Məmmədov, 21. Rəşad Orucov (7. Fərmayıl Əliyev, 81), 24. Dan Pisla (17. Rəşad Piriyev, 85), 25. Muammer Erdoğdu, 32. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 12. Ramil Kərimov, 4. Seymur Tağıyev, 6. Ruslan Namazov, 22. Cavad Mirzəyev.
Baş məşqçi: Əsgər Abdullayev.
 
SİMURQ - SUMQAYIT - 2:1 (1:0)
Qollar: Ruslan Poladov, 35 (1:0), Anatoli Doroş, 67 (2:0), Orxan Əliyev, 78 (2:1)
Vərəqələr: Daniel Genov, 62 (qeyri-idman hərəkəti) – Orxan Həsənov, 26 (hakimin qərarına etiraz). Samir Abbasov, 45 (qeyri-idman hərəkəti). Ruslan Qurbanov, 51 (hakimin qərarına etiraz). Uğur Pamuk, 63 (qeyri-idman hərəkəti). Murad Ağayev, 72 (hakimin qərarına etiraz) – sarı, Eşqin Quliyev, 54 (rəqibə bilərəkdən ayaqla zərbə vurğuna görə) - qırmızı.
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elşən Acalov, Anar Göyçayski.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
Zaqatala şəhər stadionu. 1200 tamaşaçı.
Simurq: 32. Dmitriy Kramarenko (k), 2. İlkin Qırtımov, 4. Vasiliy Yanatovski, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov (6. Mikayıl Rəhimov, 89), 13. Aleksandr Şemonayev, 19. Anatoliy Doroş (9. Əli Bağırov, 78), 28. Rüstəm Abbasov, 29. İqor Tarasov, 77. Daniel Genov (21. Emin Cəfərquliyev, 71), 79.Vidas Alunderis.
Ehtiyat oyunçular: 52. Səbuhi Əhmədov, 17. Rüstəm Məmmədov, 23. Ruhid Usubov, 10. Tofiq Mikayılov.
Baş məşqçi: Georgi Çixradze.
Sumqayıt: 23. Andrey Popoviç, 15. Tərlan Quliyev, 22. Ruslan Tağızadə, 52. Bədavi Hüseynov (70. Şamil Camaləddinov, 46), 4. Samir Abbasov (k), 95. Murad Ağayev, 10. Eşqin Quliyev, 47. Abdulla Abatsiyev, 9. Orxan Həsənov (25. Uğur Pamuk, 46), 91. Ruslan Qurbanov (19. Orxan Əliyev, 68), 11. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 8. Emin Mustafayev, 27. Ramil Həşimzadə, 50. Samir Abdulov.
Baş məşqçi: Bernard Raab.
 
1
Neftçi
28
19
3
6
53 - 25
28
60
2
Qarabağ
28
14
8
6
32 - 18
14
50
3
İnter
28
14
7
7
26 - 19
7
49
4
Xəzər L
28
15
6
7
38 - 26
12
45
5
Qəbələ
28
13
6
9
36 - 29
7
45
6
Bakı
28
13
5
10
36 - 29
7
44
 
1
AZAL
28
10
7
11
41 - 43
-2
37
2
Rəvan
29
8
10
11
30 - 35
-5
34
3
Kəpəz
28
8
5
15
32 - 46
-14
29
4
Simurq
29
7
8
14
25 - 40
-15
29
5
Turan
29
6
6
17
24 - 38
-14
24
6
Sumqayıt
29
5
5
19
23 - 48
-25
20
 
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz, Zohair Benuahi (hər ikisi AZAL), Yuri Fomenko (Kəpəz), Flavinyo (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.