21 aprel 2012 22:47
Qəbələ 1/8 finalda
III Beynəlxalq Kuşadası Turnirində çıxışını davam etdirən “Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası qrup mərhələsini uğurla adlayıb. Azerisport.az xəbər verir ki, qrupun son oyununda Danimarka “Nordsyalend”i ilə qarşılaşan təmsilçimiz meydançadan qolsuz bərabərliklə ayrılıb – 0:0.
Bu nəticədən sonra aktivindəki xalların sayını 6-ya çatdıran “Qəbələ” qrupda 3-cü yeri tutub (1. “Dardanelspor” – 10, 2. “Göztepe” – 6, 3. “Qəbələ” – 6, 4. “Galatasaray” – 6, 5. “Nyukasl” – 4, 6. “Nordsyalend” – 4) və 1/8 finala yüksəlib.
Bu mərhələdə komandamız “Damlaspor”la münasibətlərini aydınlaşdıracaq.
