21 aprel 2012 11:05

29-cu tur. Mehman Allahverdiyevin proqnozu

“Kəpəz”in keçmiş baş məşqçisi Mehman Allahverdiyev futbol üzrə Azərbaycan çempionatının 29-cu turu çərçivəsində baş tutacaq görüşlər barədə öz rəyini azerisport.az-a bildirib.
 
XƏZƏR-LƏNKƏRAN - NEFTÇİ
Bu oyun haqqında heç bir mülahizə söylənilməsi mümkün olmayan yeganə oyundur. Ancaq mən cəhd edərdim. Hər iki komanda qələbəyə oynayaq. “Xəzər-Lənkəran”a öz şərəfi ucadır. Həmçinin onlar “Neftçi”yə çempionluğu doğma Şəhər stadionunda qeyd etməyə imkan verə bilməzlər. Düşünürəm ki, burada hər şey heç-heçə ilə başa çatacaq.
 
QARABAĞ - BAKI
Ölkə kubokunun ilk yarımfinal oyununda hər şey “Qarabağ”ın istədiyi kimi oldu. Novruz Əzimovun komandası isə avrokuboklara düşmək üçün qələbə qazanmalı olduğunu bilməlidir. Çempionatda onların buna şansı var. Düşünürəm ki, bu dəfə “Bakı” fərqli oynayacaq və qalib gələcək.
 
İNTER - QƏBƏLƏ
“Qəbələ” son görüşlərdə inamsız oyun göstərir. Elə bil oyunçular mövsümə bütün ümidlərini itiriblər. “İnter” döyüşkən köklənib. Mənə elə gəlir ki, “Qəbələ”yə Bakıda qələbəyə oynamaq çətin olacaq. Oyun heç-heçə bşa çatacaq.
 
RƏVAN - TURAN
Hər iki komanda demək olar, eynigüclüdür. “Rəvan” mövsümü kifayət qədər inamlı başladı. Ancaq ikinci “altılığ”a düşəndən əvvəlki oyununu itirdi. “Turan”a qələbə lazımdır. Əks halda komanda premyer-liqada qalmayacaq. Mənim fikrimcə - heç-heçə.
 
SİMURQ - SUMQAYIT
“Simurq” “Sumqayıt”dan fərqli daha yaxşı oyun göstərir. Debütant “Sumqayıt” çox güman ki, premyer-liqanı tərk edəcəyini bilir. Bu görüşdə favoritim “Simurq”du. Onlar qalib gələcək.
 
KƏPƏZ - AZAL
“Kəpəz” çox güman ki, qalib gələcək. Mənə bu oyun haqda nə isə demək çox çətindir. Axı mən “Kəpəz”in keçmiş məşqçisiyəm və bu komandaya biganə deyiləm. Buna baxmayaraq düşünürəm ki, AZAL-ın şansları azdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.