22 aprel 2012 00:03
Galatasaray Qəbələnin məşqçisini derbiyə dəvət etdi (FOTO)
"Galatasaray"ın ev oyunlarında - Türk Telekom Arenada keçirdiyi matçlarda oyunöncəsi ənənə halını alan "Galatasaray Efsanelerini Anıyor, Türk Telekom Dünyaya Duyuruyor" layihəsinin bu həftəki qonağı uzun illər həm futbolçu, həm də məşqçi kimi "Galatasaray"ın uğurları üçün tər tökmüş, hazırda "Qəbələ" Futbol Akademiyasına rəhbərlik edən Ali Yavaş olacaq. Azerisport.az xəbər verir ki, Ali Yavaş aprelin 22-də start fiti Bakı vaxtı ilə 21:00-da veriləcək "Galatasaray" - "Fenerbahçe" matçından oncə meydançaya çıxacaq, azarkeşləri salamlayacaq.
Mərasimdə Ali Yavaşa xatirə plaketi təqdim olunacaq.
