21 aprel 2012 18:56
Yığmamızın hücumçusu oynamadı, komandası 1 xal qazandı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" bu gün Türkiyə Super Liqasında növbəti oyununu keçirir. Azerisport.az xəbər verir ki, millimizin üzvünün çıxış etdiyi komanda qardaş ölkə çempionatının final mərhələsində “Eskişehirspor”la görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilib. Bu üzdən də Cihanın komandası çətin bir sınağa çıxmışdı. Lakin sivaslılar çətin görüşdə 1 xal qazana biliblər.
Baş məşqçi Rza Çalımbay bu oyunda da Cihana şans verməyib. Millimizin üzvü son oyunlarda olduğu kimi, bu dəfə də ehtiyatda qalıb.
Türkiyə Super Liqası
Super Final
Avropa qrupu
21 aprel
Eskişehirspor - Sivasspor - 1:1 (1:0)
Qollar: Batuhan Karadeniz, 45 - Jakub Navratil, 63.
