21 aprel 2012 12:03
Pit Xəzər Lənkəranla müqaviləni yenilədi
"Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit klubu ilə müqaviləsinin müddətini uzadıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyinin Pitə təklif etdiyi iki illik müqaviləyə rumıniyalı yarımmüdafiəçi razılıq verib.
Xatırladaq ki, yaxınlarda rumıniyalı futbolçunun “İnter”ə keçəcəyi barədə informasiya yayılmışdı. Lakin göründüyü kimi, "Roma"nın sabiq orta sahə oyunçusu məhz "ağ-yaşıl" formada qalmağa üstünlük verib.
