22 aprel 2012 20:55
Millimizin forvardı və komandası liderlə sülh bağladı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov bu gün Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, ölkə çempionatının 6-cı turu çərçivəsində “Daugava” ilə görüşün iştirakçısı olub.
Qarşılaşma doğma rəqib meydanında keçirilirdi. Buna baxmayaraq, liepayalılar çətin rəqiblə görüşdə növbəti qələbələrini qazanmağı hədəfləmişdilər. "Metallurg" bu istəyinə çata bilməsə də, hər halda çətin səfərdən 1 xalla qayıtmağı bacarıb.
Qeyd edək ki, Liepaya klubu hazırda 5 oyundan sonra 10 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və keçirilməyən bir oyunu da var. Dauqavpils təmsilçisi isə 6 oyuna 12 xala 10 komanda arasında 1-cidi və yeganə məğlub olmayan komandadı.
Baş məşqçi Vladimir Osipov bu oyunda Vüqara da şans verib. Futbolçumuz həmişəki kimi yenə matçın sonunda (90+2-ci dəqiqədə) meydana çıxıb.
Latviya çempionatı
6-cı tur
22 aprel
Daugava – Metallurg - 0:0
