22 aprel 2012 13:52
Addım-addım finala
“Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası III Beynəlxalq Kuşadası Turnirində uğurlu çıxışını davam etdirir. Azerisport.az xəbər verir ki, 1/8 finalda “Damlaspor”la qarşılaşan təmsilçimiz Coşqun Süleymanovun yeganə qolu ilə rəqibini üstələyib – 1:0.
Əzmkar qələbə ilə 1/4 finala vəsiqə qazanan U-14 bu mərhələdə “Aydınspor”la üz-üzə gələcək. Xatırladaq ki, “Aydınspor” 1/8 finalda “Anderlecht”i mübarizədən kənarlaşdırıb.
“Aydınspor” – “Qəbələ” matçı aprelin 22-də keçiriləcək və Bakı vaxtı ilə 14:30-da başlayacaq.
