22 aprel 2012 15:20
“Azərbaycan yığması layiqli qələbə qazandı”
17 yaşadək qızlardan ibarət Qazaxıstan və Azərbaycan yığmaları arasında keçirilmiş oyundan sonra rəqib komandanın baş məşqçisi Abduxaliq Burubayev matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:2 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Birinci hissədə oyun bərabər səviyyədə getsə də, fasilədən sonra Azərbaycan yığması üstünlüyü tam ələ keçirdi. Rəqibimizin heyətində daha səviyyəli futbolçular yer almışdı və düşünürəm ki, bizə nisbətən onlar oyuna daha yaxşı hazırlaşmışdı. Azərbaycan yığmasını turnirin 2 güclü komandasından biri hesab edirəm. Layiqli qələbə qazandılar”.
