22 aprel 2012 15:26
Millimizin baş məşqçisi: Oyundan razı qaldım
17 yaşadək qızlardan ibarət Qazaxıstan və Azərbaycan yığmaları arasında keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Sissi Rayt matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, komandamızın 2:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Oyundan razı qaldım. Türkiyə yığması ilə oyuna nisbətən, bu gün daha yaxşı çıxış etdik. Bununla belə, ötürmələrdə yol verdiyimiz səhvlər, həmçinin hava ötürmələrindən daha çox istifadə etməyimiz böyükhesablı qələbə qazanmağımıza mane oldu”.
