22 aprel 2012 18:48
Vaqif Sadıqov: Onlar dediklərimi yerinə yetirdilər
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Premyer Liqanın 29-cu turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 2:0 hesabıyla qələbə qazandığı görüşlə bağlı bunları dilə gətirib:
“Bu oyunun çətin keçəcəyini bilirdik. “Kəpəz” öz meydanında güclü oyun nümayiş etdirir. Futbolçularıma müdafiədə səhvə yol verməmələrini tapşırmışdım. Bu gün qələbə qazandığımız üçün şadam. Oyunçularım dediklərimi yerinə yetirdilər”.
