22 aprel 2012 18:51
Fuad İsmayılov: Futbolçularım oyunlarını tapa bilmədilər
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın 29-cu turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 0:2 hesabıyla uduzduğu görüşdən sonra bunları dilə gətirib:
“Gərgin oyunun şahidi olduq. 60-cı dəqiqəyə kimi başabaş mübarizə gedirdi. Öz qapımıza qol vurduqdan sonra futbolçularım ruhdan düşdülər və oyunlarını tapa bilmədilər”.
